Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail gimnastı: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox rahatdır

İsrail gimnastı: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox rahatdır

Tarix: 19 Aprel 2019 17:24

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox rahatdır.

Bunu Trend-ə Bakıda keçiriləcək bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” beynəlxalq turnirinin iştirakçısı, İsrail gimnastı Diana Svertsova deyib.

O bildirib ki, gimnastika arenasının zalı çox gözəl və böyükdür:

“Burada çıxış etmək çox rahatdır. Etiraf edim ki, bir qədər həyəcanlıyam, çünki biz burada böyük auditoriya qarşısında çıxış edəcəyik”.

Yarış zamanı qrup hərəkətlərdə çıxış edəcək gimnast podium məşqlərindəki nəticədən razı qalıb:

“Bu gün biz podium məşqləri keçirdik. Məşqdən sonra məşqçilərimiz bizi təriflədi, eyni zamanda səhvlərimizi də göstərdi. Turnirdə iki proqramda – beş gürzlə və beş lentlə hərəkətlərdə iştirak etməyimiz məsuliyyəti artırır. Amma bu, həm də təcrübəmizi çoxaltmağa imkan verir”.

Qeyd edək ki, 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri baş tutacaq. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edəcək.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, "Avropa Çempionatı 2018"-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İsrail gimnastı Bakıda Milli Gimnastika Arenasında çıxış etmək çox rahatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ