Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haftarın ordusu İtaliya gəmisini saxladı

Haftarın ordusu İtaliya gəmisini saxladı

Tarix: 12 Yanvar 2020 18:28

Marşal Xəlifə Haftarın rəhbərliyindəki Liviya Milli Ordusu bu gün Misrata limanına üzən İtaliyaya aid gəmini saxlayıb.

Sonxeber.net axar.az xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun dəniz qüvvələrinin rəsmi nümayəndəsi Əli əs-Sabit deyib.

"Liviya Milli Ordusuna aid gəmi Hərbi Dəniz Qüvvələrinin qərargah komandirinin Misrata və Xüms limanlarına girişi qadağan edən əmrinə uyğun olaraq, İtaliya gəmisini istiqamətini dəyişdirməyə məcbur edib. Hazırda gəminin heyəti sorğu-sual edilir və axtarış aparılır", - Əs-Sabit bildirib.

Onun sözlərinə görə, İtaliyaya məxsus ticarət gəmisində silah tapılacağı təqdirdə heyət üzvləri istintaqa cəlb olunacaq. Heç bir şey tapılmasa, heyət üzvləri azad ediləcək.

Qeyd edək ki, Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Milli Razılıq Hökumətinin nəzarətində olan Misrata və Xüms limanlarına gəmilərin girişini bağlamışdı.


Etiketlər:  Haftarın ordusu İtaliya gəmisini saxladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ