Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Çinin qarşısına İranla bağlı tələb qoydu

ABŞ Çinin qarşısına İranla bağlı tələb qoydu

Tarix: 13 Yanvar 2020 12:00

ABŞ Çin hökumətindən İran neftindən tam imtina etməsini tələb edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran öz neftinin təxminən 70% -ni Çinə ixrac edir. Nazir iddia edib ki, rəsmi Tehranın aldığı vəsait Yaxın Şərqdəki hərbi əməliyyatlara sərf olunur.

Bununla yanaşı, Mnuçin ABŞ-ın sanksiyaları səbəbindən İranın neft məhsullarının satışından əldə etdiyi gəlirin 95% azaldığını vurğulayıb.

Nazirin sözlərinə görə, hazırda Vaşinqton və Pekin İrandan Çinə neft tədarükünün tamamilə dayandırılması barədə danışıqlar aparırlar.


Etiketlər:  ABŞ Çinin qarşısına İranla bağlı tələb qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ