Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 21:20
İtaliyanın Baş Naziri Cüzeppe Konte Türkiyəyə səfər edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə Prezident Administrasiyasında dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Baş Nazir Cüzeppe Konte birgə mətbuat konfransı keçiriblər.
Tərəflərin 2012-ci ildən fasilə verilən Türkiyə-İtaliya Hökumətlərarası Sammitinin bu ilə keçirilməsinə razılaşdıqlarını söyləyən Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində və Liviyada sülh yaratmaq cəhdlərindən danışıb. O, əminliklə qeyd edib ki, Moskvada səfərdə olan Türkiyə heyətinin Rusiya tərəfi ilə apardığı müzakirələr ciddi nəticələrlə başa çatacaq.
Görüşdə bir sıra məsələlərin müzakirə olunduğunu diqqətə çatdıran Baş Nazir Cüzeppe Konte bildirib ki, Liviyada əldə olunacaq atəşkəs sülh prosesinin yaranmasına ümid verir.