Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 12:33
12:31
Balakəndə məktəbli ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem vurulub.
Sistem köçürüldükdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. Onun vəziyyəti pisləşdiyi üçün təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı Turan Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da vəfat edib.
Qeyd edək ki, Turan Mahatov 3-cü sinif şagirdi olub.
---------
11:01
Balakən rayonunda azyaşlı oğlan vəfat edib.
Sonxeber.net xəbər verir ki, Balakən şəhər sakini, Tural Mahatovun 10 yaşlı oğlu Turan qəfil dünyasını dəyişib. Belə ki, azyaşlının qızdırması yüksəlib və tibbi müdaxilə nəticəsiz olub.
Qeyd edək ki, Turan orta məktəbin 4-cü sinfində oxuyurdu.
Faktla bağlı araşdırma aparılır./Publika.az