Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəbər agentliyinin müxbiri intihar etdi

Xəbər agentliyinin müxbiri intihar etdi

Tarix: 14 Yanvar 2020 16:36

"RİA Novosti"nin müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı xəbər yayıb.

Bildirilir ki, İspaniya vətəndaşı olmasına baxmayaraq, Antonio Manuel Sançes Reqalado Rusiya mediasında işləyib. Jurnalist gündüz özünü pis hiss edib. O, təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər.

Axşam isə onun cəsədini qonşusu tapıb. Antonio heç bir məktub qoymayıb.

Hazırda onun intiharının səbəbi araşdırılır.


Etiketlər:  Xəbər agentliyinin müxbiri intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ