Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida tullantılarını hidrogenə çevirən yeni üsul

Qida tullantılarını hidrogenə çevirən yeni üsul

Tarix: 14 Yanvar 2020 22:20

Dünyada hər il milyonlarla ton qida israf edilir. Araşdırmalar, yaxşı və sağlam bir qatı tullantı iqtisadiyyatı yaratmağın ancaq yığımla mümkün olduğunu göstərir. Bəs, bu qida tullantılarını yenilənə bilən enerjiyə çevirə bilərikmi? Yeni araşdırmaya görə bəli.

ABŞ-ın Purdue Universitetindən bir elmi qrup, qida tullantılarını hidrogen yanacağına çevirə bilən yeni bir üsul ixtira etdi. Qida tullantılarından necə hidrogen alacağını onsuz da bilirik, ancaq mövcud həllər çox da effektiv deyil.

Araşdırmaçılar indi, maya istifadə edərək qida tullantılarını çox daha sürətli və məhsuldar bir şəkildə hidrogenə çevirməyi bacardı. Hidrogen su, qalıq yanacaqlar və biokütlə kimi fərqli xammallardan əldə edilə bilən bir yanacaq olmasına baxmayaraq, davam etdirilə bilən təmiz enerji qaynaqları arasında iştirak edir.

Tullantı qidalar, çox daha məhsuldar və sürətli bir şəkildə hidrogen enerjisinə çevrilə biləcək.

Purdue Universitetinin fizika üzrə professoru Robert Kramer, müddəti sadələşdirmək istədiklərini söyləyir. Bütün yemək tullantılarını təmiz enerji qaynağına çevirmək üçün sadə bir yol yaratmaq istədiklərini ifadə edən Kramer belə danışdı: "Sistemimiz təməl olaraq bir istifadəçinin qida tullantılarını üyüdülməsinə və təxminən 18-24 saat ərzində hidrogen ala bilməsinə imkan verir. Bu, günlərlə davam edən digər üsullara görə çox sürətlidir".


Etiketlər:  Qida tullantılarını hidrogenə çevirən yeni üsul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ