Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada partlayış nəticəsində 8 nəfər yaralanıb

İspaniyada partlayış nəticəsində 8 nəfər yaralanıb

Tarix: 15 Yanvar 2020 05:48

Bakı. Trend:

İspaniyanın Tarraqona vilayətində kimyəvi zavodda (Kataloniyanın muxtar icması) baş verən güclü partlayış və yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə təcili tibbi yardıç xidməti bildirib.

Məlumata əsasən, 2 nəfər ağır yanıq xəsarətləri alıb və ağır vəziyyətdədir, yaralılardan birinin vəziyyəti orta-ağır qiymətləndirir. 5 nəfər isə yüngül xəsarət alıb.

Daha əvvəl hakimiyyət orqanları 1 nəfərin həlak olması, birinin itkin düşməsi, 6 nəfərin xəsarət almağı barədə məlumat vermişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İspaniyada partlayış nəticəsində nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ