Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 23:36
Rospotrebnadzor dövlət qurumu tərəfindən bütün Rusiya əhalisinə mobil telefonları şalvar, geyim ciblərində gəzdirməmək tövsiyəsi verilib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, telefonu bədənə yaxın saxlamaq səhhətə ciddi zərərlər verir.
Onu bədəndən kənar tutmaq, zəng və danışıqları 2 dəqiqədən çox etməmək, bir zənglə digər zəng arasında azı 15 dəqiqə fasilə olmalıdır.
Zəng zamanı, telefonu zəngi açandan sonra dərhal yox, 20 saniyə sonra qulağa yaxınlaşdırmaq lazımdır.
Bu onunla izah edilib ki, telefonlar zəng zamanı birləşdirmə anında maksimal gücdə çalışır və bu zaman radiasion şüalanma yüksək həddə olur.
Zənə cavab verdikdən 10 saniyə sonra bu səviyyə azalır.
Telefonun dəstəyini qulağa yapışdırmaq olmaz. Onu yarım santimetr da olsa aralı tutsanız göz və beyini qorumuş olarsız.
Mesencer, whatsap və digər yazışmalar əllərdə barmaq və bilək sümüklərini deformasiyaya uğradır, ekrandan gələn şüalanma və xırda hərflər isə görməni zəiflədir.