Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 06:20
Bakı. Trend:
İspaniyanın Tarraqona əyalətində neft-kimya zavodunda baş verən partlayış zamanı azı 3 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daha əvvəl 2 nəfərin öldüyü bildirilirdi. Məlumata əsasən, xəstəxanaya yerləşdirilən yaralılardan biri həlak olub.
Bildirilir ki, Tarraqona şəhərində partlayış zamanı həlak olanlarla əlaqədar ikigünlük matəm elan edilib.
Xatırladaq ki, neft-kimya zavodunda partlayış ötən gün baş verib. Partlayışın səbəbi barədə məlumat verilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin