Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 08:14
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının uğursuz oyunları başa çatıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bütün yoxlama görüşlərində uduzan təmsilçilərimizin bu "ənənə"sinə "Sabah" "dur" deyib.
Paytaxt təmsilçisi bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Jelko Sopiçin yetirmələri Belekdəki "Titanik Mardan" stadionunda Rumıniya təmsilçisi "Akademika Klinçeni" ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə "Pakş"la (Macarıstan) qarşılaşan "Sabah" 0:2 hesabı ilə məğlub olub. Qonşu ölkədəki digər komandalarımızdan "Zirə", "Qəbələ", "Neftçi", "Sumqayıt" və "Səbail" də ilk sınağında uduzub.
Yoxlama görüşü
15 yanvar
"Sabah" - "Akademika Klinçeni" (Rumıniya) 0:0
Belek. "Titanik Mardan" stadionu