Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada partlayış: 3 ölü, 7 yaralı

İspaniyada partlayış: 3 ölü, 7 yaralı

Tarix: 16 Yanvar 2020 08:24

İspaniyanın Tarraqona əyalətində neft-kimya zavodunda baş verən partlayış zamanı azı 3 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, daha əvvəl 2 nəfərin öldüyü bildirilirdi. Məlumata əsasən, xəstəxanaya yerləşdirilən yaralılardan biri həlak olub.

Bildirilir ki, Tarraqona şəhərində partlayış zamanı həlak olanlarla əlaqədar ikigünlük matəm elan edilib.

Xatırladaq ki, neft-kimya zavodunda partlayış ötən gün baş verib. Partlayışın səbəbi barədə məlumat verilmir.


Etiketlər:  İspaniyada partlayış ölü yaralı


RƏYLƏR