Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

Məzahir Pənahov: Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb

Tarix: 16 Yanvar 2020 10:34

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində əldə olunan rəqəmlər indiyə qədər Azərbaycanda keçirilən seçkilərdə rekord rəqəmlərdir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkinin mediada isiqlandırılması" mözusunda informasiya sessiyasında çıxışı zaman deyib. Onun sözlərinə görə, artıq 1534 namizəd qeydə alınıb.

M.Pənahov bildirib ki, seçkilər müsbət mənada gərgin keçir. M.Pənahov seçkilərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır.

MSK sədri vurğulayıb ki, KİV yeganə qurumdur ki, seçkilər dövründə əvvəldən axıra qədər seçki komissiyalarının yanındadır: “KİV-lər heç bir akkreditasiyadan keçmədən əvvəldən axıra qədər seçkiləri müşahidə etmək hüququna malikdir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məzahir Pənahov Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ