Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzahir Pənahov: ''Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb''

Məzahir Pənahov: ''Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb''

Tarix: 16 Yanvar 2020 10:45

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində əldə olunan rəqəmlər indiyə qədər Azərbaycanda keçirilən seçkilərdə rekord rəqəmlərdir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkinin mediada isiqlandırılması" mözusunda informasiya sessiyasında çıxışı zaman deyib. Onun sözlərinə görə, artıq 1534 namizəd qeydə alınıb.

M.Pənahov bildirib ki, seçkilər müsbət mənada gərgin keçir. M.Pənahov seçkilərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır.

MSK sədri vurğulayıb ki, KİV yeganə qurumdur ki, seçkilər dövründə əvvəldən axıra qədər seçki komissiyalarının yanındadır: "KİV-lər heç bir akkreditasiyadan keçmədən əvvəldən axıra qədər seçkiləri müşahidə etmək hüququna malikdir".


Etiketlər:  Məzahir Pənahov Budəfəki seçkilərdə rekord rəqəmlər qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ