Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikayıl Cabbarov: Azərbaycanda əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib

Mikayıl Cabbarov: Azərbaycanda əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib

Tarix: 16 Yanvar 2020 13:52

Bakı. Eldar Canaşvili - Trend:

2019-cu ildə Azərbaycanda sosial müdafiənin gücləndirilməsi istiqamətində böyük addımlar atılıb.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişaf yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu istiqamətdə görülmüş işlər nəticəsində əhalinin gəlirlərinin nominal artımı 7,4 faiz təşkil edib və 2,8 faizə bərabər olan orta illik inflyasiyanı üstələyib.

Bundan başqa, orta aylıq əmək haqqının artım tempi 16,4 faiz təşkil edərək əhalinin gəlirlərinin artım tempini üstələyib. Bu, həm əmək haqlarının artırılması, həm dəəmək bazarında işəgötürənlərlə işçilər arasında münasibətlərin leqallaşması ilə əlaqədardır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mikayıl Cabbarov Azərbaycanda əhalinin gəlirləri orta illik inflyasiyanı üstələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ