Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda “SOCAR Georgia Gas” şirkətinin filialının mərkəzinə hücum edildi - Mühafizənin əl-qolunu bağlayıb...

Gürcüstanda “SOCAR Georgia Gas” şirkətinin filialının mərkəzinə hücum edildi - Mühafizənin əl-qolunu bağlayıb...

Tarix: 16 Yanvar 2020 14:18

Gürcüstanın Kobuleti şəhərində "SOCAR Georgia Gas" şirkətinin filialının xidmət mərkəzinə hücum edilib.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, naməlum şəxslər mühafizə xidmətinin əməkdaşına hücum edərək əl-qolunu bağlayıb və ödəmə terminalını soymağa çalışıblar. Lakin onlar pulları oğurlaya bilməyib:

"Hamı sağ-salamatdır. Bu, artıq üçüncü belə haldır, biz indi bu halların qarşısının alınması üçün kameralar quraşdırırıq".

Hazırda polis cinayətkarların axtarışlarını aparır.


Etiketlər:  Gürcüstanda SOCAR Georgia şirkətinin filialının mərkəzinə hücum edildi Mühafizənin qolunu bağlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ