Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mixail Mişustin Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib

Mixail Mişustin Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib

Tarix: 16 Yanvar 2020 16:39

Bakı. Trend:

Rusiya Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.

Trend-in məlumatına görə, 383 deputat onun lehinə səs verib. 41 nəfər bitərəf qalıb. Əleyhinə səsə verən olmayıb.

Qeyd edək ki, Baş nazir Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Prezident Vladimir Putin isə Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mixail Mişustin Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ