Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google Android Auto tətbiqi 100 milyon dəfədən çox yükləndi

Google Android Auto tətbiqi 100 milyon dəfədən çox yükləndi

Tarix: 16 Yanvar 2020 21:48

Məlum olduğu kimi, populyar "Android Auto" tətbiqini "Google Play" mağazasından yükləmək mümkündür.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiq artıq 100 milyon dəfədən çox yüklənib. Tətbiq 800 min istifadəçi reytinqinə əsasən 4.1/5 reytinqinə malikdir.

Google bu tətbiqi 2015-ci ilin martında təqdim edib. O vaxtdan bəri "Android Auto"nun populyarlığı sürətlə artıb. Ötən ilin iyul ayında istifadəçi interfeysini əhəmiyyətli dərəcədə dəyişdirən və bir sıra yeni xüsusiyyətlər əlavə edən böyük bir yeniləmə yayımlanıb.

"Android Auto" tətbiqi telefonunuzu müasir avtomobillərin multimedia sistemlərinə bağlamağa imkan verir. Rahat interfeys, böyük düymələr və səs əmrləri dəstəyi sayəsində idarəetmə zamanı da telefonunuzdan tətbiqlərdən istifadə edə bilərsiniz.

Milli.Az


Etiketlər:  Google Android Auto tətbiqi 100 milyon dəfədən çox yükləndi


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ