Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 17:16
Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.
Trend-in məlumatına görə, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutduğu vəzifədən azad edilərək Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
Kamran Əliyev Trend-ə faktı təsdiqləyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin