Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 19:30
Müğənni Manaf Ağayev geyimləri ilə bağlı yazılan iradlara münasibət bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə "Xəzər" TV-də yayımlanan "Hər şey daxil" verilişində danışıb.
"Mənə deyirlər ki, səni kimsə geyindirir? Deyirəm ki, özüm seçirəm. Yaşıma-başıma uyğun paltarlar geyinirəm. Səhnə adamı olmasaydım, rəngli geyinməzdim. Stilist pis şey deyil. Əgər öz zövqün yoxdursa, niyə də olmasın?" - M.Ağayev söyləyib.
Qeyd edək ki, sənətçiyə geyindiyi rəngli libaslardan dolayı müxtəlif şərhlər yazılır.