Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Somalidə partlayış baş verib, ölən və yaralananlar var

Somalidə partlayış baş verib, ölən və yaralananlar var

Tarix: 18 Yanvar 2020 20:06

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Bildirilir ki, partlayıcı maddələrlə doldurulmuş avtomobil türkiyəli işçilərin nahar etdiyi yerin yaxınlığında partladılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz "Twitter" səhifəsində bildirib ki, partlayış nəticəsində 6 Türkiyə vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, xəsarət alanlardan 2-nin vəziyyəti ağırdır.


Etiketlər:  Somalidə partlayış baş verib ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ