Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 12:36
Türkiyənin Şırnak vilayətindəki Habur sərhəd-keçid məntəqəsində beş terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkədə terrorizmə qarşı aparılan uğurlu əməliyyatlar, ailələrin dəstəyi və danışıqların nəticəsi olaraq son illər Türkiyədə təslim olan terrorçuların sayı getdikcə artmaqda davam edir. Bu ilin əvvəlindən etibarən danışıqlar yolu ilə təslim olan terrorçu sayı 13 nəfərə çatıb.