Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 02:50
Bakı. Trend:
“CinemaPlus Azərbaycan” premium kinoteatrında Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir baş tutub.
Trend-in məlumatına görə, tədbirdə Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olub. Görüşdən sonra isə rejissorun “Древний лес” (Qədim meşə) filmi nümayişi baş tutub.
Litvalı bioloq və dokumentalist Mindaugas Survila öz layihəsinin həyata keçirilməsinə 12 il vaxt sərf edib. Filmin çəkilişləri Litvanın ən qədim meşəsində aparılıb. Bədii və fərqli tərzdə olan bu film tamaşaçılara təbiətə - meşə yanğınlarından tutmuş canavar mağarası və qara leylək yuvasına, daha sonra meşənin dərinliklərinə baş çəkib və bu torpağın insanlarına qayıdaraq sonsuz səyahət təklif edir. Filmdə kadrarxası mətn yoxdur, yalnız kameranın obyektivinə düşən müxtəlif çox az eşidilən səslər və meşənin sehirli mühiti var.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin