Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 11:42
Bakı. Trend:
“Azərişıq” ASC 2015-ci ildə yaradılarkən müştəri məmnunluğunu artırmaq, məmur-vətəndaş kontaktını aradan qaldırmaq, şəffaflığı təmin etmək məqsədi ilə ilkin olaraq 4 istiqamətdə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyətə başlayaraq, hazırda 16 xidmət üzrə abonentlərə xidmət göstərir”.
Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, 2015-ci ildən bu günə qədər 16 xidmət üzrə “Azərişığ”a “ASAN xidmət”, ASAN Kommunal, KOB evləri və elektron qaydada yarım milyona yaxın müraciət daxil olub.
“16 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kilovata qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müraciət edən 6,6 min sahibkarın və 120 min vətəndaşın evinə, bağına və ya həyətinə işıq çəkilib. Göstərilən müddət ərzində obyektin elektrik şəbəkəsinə qoşulması üçün müddət 74 gündən 20 günə, prosedurlar isə 7-dən 2-yə endirilib. İşin yüksək səviyyədə təşkili, operativliyi və keyfiyyəti təmin etmək üçün “Azərişıq” ASC-də ayrıca “ASAN xidmət”lə iş departamenti yaradılıb. “Azərişıq” mütəxəssislərinin yaratdığı Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsi ilə onlayn qaydada elektrik təchizatı şəbəkəsinə qoşulması təmin edilib.
Səhmdar Cəmiyyətin Şəmkir, Mingəçevir, İmişli və Qəbələdə Avtomatik İdarəetmə mərkəzi yaradılıb və mərkəzlərdə quraşdırılan server vasitəsi ilə Elektron Müraciətlərin İdarəolunması Sistemi “ASAN Xidmət”in işinə inteqrasiya edilib. Xatırladaq ki, 2019-cu ildə açıqlanan Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünya üzrə ikinci yerdə qərarlaşıb”, - deyə T.Mustafayev bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin