Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyota 3,4 milyon avtomobili geri çağıracaq

Toyota 3,4 milyon avtomobili geri çağıracaq

Tarix: 22 Yanvar 2020 05:50

Bakı. Trend:

Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota təhlükəsizlik problemləri səbəbiylə dünya üzrə 3,4 milyon avtomobilini geri çağıracaq.

Trend-in məlumatına görə, bu qərara səbəb təhlükəsizlik yastıqlarının qəza vəziyyətində açıla bilməməsi və ya tam açılmaması ilə əlaqədar texniki nasazlıqdır.

Bildirilir ki, ən çox avtomobil ABŞ-da geri çağırılacaq - 2,9 milyon.

Qeyd olunur ki, geri çağırılmalı modellər Corolla (2011-2019-cu il buraxılışı), Matrix (2011-2013), Avalon və Avalon Hybrid (2013-2018) olacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Toyota milyon avtomobili geri çağıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ