Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb

Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb

Tarix: 23 Yanvar 2020 16:12

Bakı. Trend:

Yerevanın mərkəzindəki Respublika meydanı yaxınlığında atışma baş verib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə “Erebuni Plaza” biznes mərkəzində kafelərin birində qeydə alınıb. Atəş açan şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlılar və təcili yardım briqadaları cəlb olunub. Mərkəz əhatəyə alınıb. Əməliyyat davam edir.

Hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Erebuni Plaza” ölkəni sabiq prezidenti Robert Koçaryanın ofisinin yaxınlığında yerləşir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yerevanda atışma Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında neçə nəfəri girov götürüb


RƏYLƏR