Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 17:16
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 66,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,30 dollar/barel azdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,62 dollar/barel azdır.