Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Google" və "Facebook"un işində qüsurlar yaranıb

Tarix: 24 Yanvar 2020 01:28

Bakı. Trend:

"Google" və "Facebook"un işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Facebook" işində texniki qüsurlar əsasən ABŞ, Latın Amerikası, Avstraliya, həmçinin bir neçə Avropa ölkəsində müşahidə edilir.

"Google"ın işində isə qüsurlar dünyanın bir sıra ölkəsində müşahidə edilir. Əsasən qüsurlar "Google" axtarış sistemində, "YouTube" videohostinqində və "Gmail" servisində qeydə alınıb.


Etiketlər:  Google Facebookun işində qüsurlar yaranıb


RƏYLƏR