Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” və “Sony” “bulud” oyun servisləri sahəsində əməkdaşlığa başlayır

“Microsoft” və “Sony” “bulud” oyun servisləri sahəsində  əməkdaşlığa başlayır

Tarix: 17 May 2019 16:32

Oyun qurğuları bazarında iki əsas rəqib – Yaponiyanın “Sony” və ABŞ-ın “Microsoft” şirkətləri tərəfdaşlığa başlayır. Şirkətlər “Microsoft Azure” platforması əsasında oyun kontent servislərində iş üçün “bulud” həlləri hazırlayacaqlar. Mövcud oxşar “Sony” servisləri də gələcəkdə “Azure” platformasına keçəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, tərəflər arasında imzalanan sazişə görə, kontent yaradıcıları üçün təkmilləşdirilmiş texnologiya platformalarının hazırlanması ilə bağlı planlar nəzərdə tutulur.

 

“Microsoft” və “Sony” arasında “bulud” oyun servisləri sahəsində tərəfdaşlıq “Microsoft”un “bulud” bazarında əsas rəqibi “Amazon” şirkətinin böyük məğlubiyyəti hesab edilir.

 

“Bulud” texnologiyaları sahəsində əməkdaşlıqla yanaşı, şirkətlər yarımkeçirici məhsullar və süni intellekt üçün yeni tətbiqlər hazırlayacaqlar. Söhbət “Azure AI” ilə birgə işləyən “ağıllı” təsvir sensorlarının yaradılmasından, eləcə də “Sony” tərəfindən istehlak məhsullarında “Microsoft”un süni intellekt platformasından istifadədən gedir.

 

Nizam Nuriyev




Etiketlər:  Microsoft Sony bulud oyun servisləri sahəsində əməkdaşlığa başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ