Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Damla ''18+'' videosundan danışdı - İşimə pis təsir etdi

Damla ''18+'' videosundan danışdı - İşimə pis təsir etdi

Tarix: 24 Yanvar 2020 12:35

"Elə ləkə var ki, heç çıxmır. Eləsi də var suya atan kimi gedir. Hər şey geridə qaldı. Ondan sonra izləyicilərimin sevgisi azalmadı, əksinə çoxaldı".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Damla "5/5" verilişində deyib. Sənətçi bir müddət əvvəl yayılan "18+" videosundan bəhs edib. Damla videonun onun işinə çox təsir etdiyini bildirib.

Aparıcı Zaur Kamal Damlanın həmin videodan sonra 3 ay evdən çıxmadığını söyləyib. O bildirib ki, toy sahibləri də onu çağırmaqdan imtina ediblər:

"Damla ilə telefonda danışanda dedi ki, insanlar toy danışmışdı, indi istəmirlər, fırladırlar. Biri deyib, toy təxirə düşdü, o biri deyir, 5 ay sonra olacaq. Deyirdi ki, məni 3 ay evdə otuzdurdular".

"İllərdir mənimlə bağlı fikirlər dəyişmir: nə oxuyur, kimdir bunu dinləyən? Məni dinləyənlər həkim, alim ola bilməz ki... Məni sürücü, evdə oturan xanım da dinləyir. Kasıbı da, varlısı da başımın tacıdır" deyə, Damla cavab verib.


Etiketlər:  Damla videosundan danışdı İşimə təsir etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ