Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul”da ciddi itki

“Liverpul”da ciddi itki

Tarix: 24 Yanvar 2020 12:38

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində "Vulverhempton"a 2:1 hesabı ilə qalib gələn "Liverpul" ciddi itki ilə üzləşib.

Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, "qırmızılar"ın hücumçusu Sadio Mane zədələnərək, meydanı erkən tərk edib. Oyunun 33-cü dəqiqəsində Takumi Minamino ilə əvəzlənən seneqallı futbolçunun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:

"Zədənin dəqiq nə olduğunu bilmirik. Problem əzələdədir. Hazırda Manenin vəziyyətini bilmirik, tibbi müayinəni gözləməliyik".


Etiketlər:  Liverpulda ciddi itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ