Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 09:56
Türkiyəli siyasətçi, İYİ partiyanın sədri Meral Akşener Elazığda baş verən zəlzələni "Tele1" telekanalının canlı yayımında qonaq olan zaman öyrənib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Uğur Dündarın aparıcılığı ilə yayımlanan "Siyaset arenası" verilişində zəlzələdən xəbər tutan Meral Akşener zalda əyləşənlərdən həlak olanlar üçün Fatihə surəsinin oxunmasını xahiş edib.
O, bu xəbərdən sonra siyasətdən danışmağın uyğun olmadığını bildirərək, aparıcıdan verilişi yekunlaşdırmağı istəyib. Akşenerin bu addımı sosial mediada alqışla qarşılanıb.
Qeyd edək ki, baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 18 nəfərin öldüyü, 500-dən çox yaralının olduğu bildirilir.