Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milli komanda haqda danışmaq istəmirəm'' - Rauf Əliyev

''Milli komanda haqda danışmaq istəmirəm'' - Rauf Əliyev

Tarix: 17 May 2019 18:52

"Qarşıda kubokun finalı var. Bütün fikrimi "Sumqayıt"la oyuna yönəltmişəm. Ona görə də indi milli komanda haqda danışmaq istəmirəm".

Bu sözləri Qol.az-a açıqlamasında "Qəbələ"nin hücumçusu Rauf Əliyev deyib. Nikola Yurçeviçin gəlişindən sonra növbəti dəfə milli komandaya çağırılmamasından danışmaq istəməyən futbolçu "Sumqayıt"la mayın 19-da keçiriləcək kubokun finalı haqda fikirlərini bölüşüb:

"Hamımız final matçına ciddi hazırlaşırıq. Bu oyunun vacibliyini hər kəs çox yaxşı bilir. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mən əvvəlki finallarda "Qəbələ"nin heyətində olmamışam. Bilirəm ki, komandam həmin oyunların hamısında uduzub. Ancaq artıq onlar keçmişdə qalıb. Yalnız irəliyə baxmaq lazımdır. Şanslar bərabərdir. İnanıram ki, bu dəfə kubok həsrətinə son qoyacağıq".

Qeyd edək ki, final oyunu Naxçıvanda keçiriləcək və 16:30-da başlayacaq.
 


Etiketlər:  Milli komanda haqda danışmaq istəmirəm Rauf Əliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ