Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 13:22
"Mançester Yunayted" azarkeşləri klub rəhbərliyinə etiraz məqsədi ilə növbəti oyunda stadionu tərk etməyi planlaşdırırlar.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb "qırmızı şeytanlar"ın 58 il sonra Premyer Liqanın 24-cü turunda "Bernli"yə (0:2) uduzması olub. Ona görə də azarkeşlər 25-ci turda "Vulverhempton"la matçın 58-ci dəqiqəsində tribunaları tərk etməklə rəhbərliyə etirazlarını bildirmək niyyətindədirlər.
Qeyd edək ki, "Mançester Yunayted" - "Vulverhempton" görüşü fevralın 1-də keçirkləcək.
Əlavə edək ki, "MY" hazırda Premyer Liqanın turnir cədvəlində 34 xalla 5-ci yeri tutur.