Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik'' - Samir Əliyev

''Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik'' -  Samir Əliyev

Tarix: 25 Yanvar 2020 22:48

"Sevindirici haldır ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq. Yetərincə də qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik".

Qol.az xəbər verir ki, bu sözləri U-19 millimizin baş məşqçisi Samir Əliyev Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə yoxlama matçından sonra deyib.

O, AFFA-nın saytına açıqlamasında 2:0 hesablı qələbəni belə şərh edib: "Vacib olan qələbə qazanmağımızdır. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi. Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidir. Komandanın çatışmayan cəhətləri çoxdur. Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik".
 


Etiketlər:  Belə davam etsələr istədiyimiz komandanı qura bilərik Samir Əliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ