Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' baş məşqçini dəyişir?

''Mançester Yunayted'' baş məşqçini dəyişir?

Tarix: 26 Yanvar 2020 13:10

"Mançester Yunayted" rəhbərliyi komandanın baş məşqçisi Ole-Qunnar Sulşeri istefaya göndərə bilər.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın göstərdiyi nəticələr yaxşılaşmasa, 46 yaşlı baş məşqçinin işinə son veriləcək. Klub rəhbərliyi norveçli çalışdırıcının  əvəzləyicisi kimi isə hazırda İngiltərə millisinə baş məşqçilik edən  Qaret Satqeyti görür. Lakin Satqeytin bu vəzifəyə təyin edilməsi yalnız "Avro-2020"-dən sonra mümkündür.

Qeyd edək ki, "MY" Premyer Liqanın turnir cədvəlində 34 xalla 5-ci yeri tutur. Komanda son 4 qarşılaşmanın 3-də məğlub olub, 1-dən qələbə ilə ayrılıb.

 


Etiketlər:  Mançester Yunayted baş məşqçini dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ