Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''u böyük məşqçi çalışdıracaq'' - Alleqri

''Yuventus''u böyük məşqçi çalışdıracaq'' - Alleqri

Tarix: 18 May 2019 01:16

Bu mövsümün sonu "Yuventus"dan ayrılacaq baş məşqçi Massimiliano Alleqri açıqlama verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis bildirib ki, Turin klubu onun layiqli əvəzləyicisini tapacaq: "Bu "Yuventus"u yaratmaq üçün 5 il lazım oldu, amma indi hər şey bitir. Həyat davam edir, indi evə gedirəm, sonra  bir az istirahət edəcəm. "Yuventus"u kimin çalışdıracağını bilmirəm, amma əminəm ki, bu, böyük məşqçi olacaq. Çünki "Yuventus" böyük klubdur. Bu, 5 il gözəl idi"

Qeyd edək ki, istefa ilə bağlı Alleqri və klubun Direktorlar Şurasının sədri Andrea Anyelli bu gün mətbuat konfrası keçirəcək.

 


Etiketlər:  Yuventusu böyük məşqçi çalışdıracaq Alleqri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ