Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 15:42
Bakı. Trend:
Türkiyənin Ankara şəhərində zəlzələ olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb.
Qeyd edilir ki, Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olub. Zəlzələnin 5 kilometr dərinliktə baş verdiyi təsbit edilib.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin