Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” 5 cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib

“Xiaomi” 5 cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib

Tarix: 28 Yanvar 2020 08:52

"Xiaomi" şirkəti "Youpin" kraudfandinq platformasında çoxsaylı cihazların sahibləri üçün nəzərdə tutulmuş "C-bit" universal enerji doldurma blokunu təqdim edib. Yenilik eyni anda 5-dək qurğunu sürətli şəkildə enerji ilə doldurmağa imkan verir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 96 Vatt nominal gücə malik olan enerji doldurma qurğusu 5 konnektorla təchiz edilib: 15 vatt çıxış gücünə malik iki "USB Type-A", 15 vattlıq "USB Type-C" və 60 vattlıq bir "USB Type-C". Sonuncu noutbukları enerji ilə doldurmağa imkan verir. Digər portlar smartfon, planşet və başqa mobil cihazlar üçün uyğundur.

Aksesuar Avropa, Britaniya və ABŞ elektrik konnektorları ilə tədarük edilir ki, bu da ondan bütün dünyada istifadəyə imkan verir. Tədarük dəstinə, həmçinin 1 metr uzunluğunda kabel daxildir.

Çin bazarında "C-bit" qurğusunun qiyməti təxminən 36 dollar təşkil edir.


Etiketlər:  Xiaomi cihaz üçün universal enerji doldurma qurğusunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ