Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Avropa Çempionatında lentlərlə hərəkətlərdə finalçılar müəyyənləşib

Bakıda Avropa Çempionatında lentlərlə hərəkətlərdə finalçılar müəyyənləşib

Tarix: 18 May 2019 17:12

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında lentlərlə hərəkətlərdə finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, təsnifat yarışlarının nəticələrinə görə, Aleksandra Soldatova (Rusiya, 20.325 xal), Dina Averina (Rusiya, 20.200 xal), Katrin Taseva (Bolqarıstan, 19.950 xal), Anastasiya Salos (Belarus, 19.600 xal), Milena Baldassarri (İtaliya, 18.800 xal), Boryana Kaleyn (Bolqarıstan, 18.750 xal), Nikol Zelikman (İsrail, 18.450 xal) və Yekaterina Qalkina (Belarus, 18.450 xal) finala vəsiqə qazanıblar.

Azərbaycan gimnastları Zöhrə Ağamirova (16.175 xal) və Veronika Qudis (15.200 xal) lentlə hərəkətlərdə finala çıxa bilməyib, onlar 24 və 30-cu yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Avropa Çempionatında lentlərlə hərəkətlərdə finalçılar müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ