Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı dərman tapıldı

Koronavirusa qarşı dərman tapıldı

Tarix: 30 Yanvar 2020 07:21

Çinin Elmlər Akademiyasının Vuhan virusologiya İnstitutunun tədqiqatçıları, hüceyrə səviyyəsində koronavirusn effektiv şəkildə qarşısını ala biləcək dərman maddəsini təcrid ediblər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, koronavirus yayılmağa başlayarkən alimlər virusun törədicilərini və onun mənşəyini, mövcüd antivirus vasitələrini və peyvəndləri araşdırıblar. Artıq siçanlar və primatlar üzərində testlər aparılmağa başlanılıb.

Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.


Etiketlər:  Koronavirusa qarşı dərman tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ