Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2019 14:24
İtaliya A Seriyasında 2018-2019 mövsümünün ən yaxşıları müəyyənləşib.
Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, mövsümün ən yaxşı hücumçusu "Sampdoriya"nın 36 yaşlı üzvü Fabio Kualiyarella seçilib. Ən yaxşı qapıçı, müdafiəçi, və yarımmüdafiəçi adına müvafiq olaraq, "İnter"dən Samir Handanoviç, "Napoli"dən Xalidu Kolibali və "Latsio"dan Sergey Milinkoviç-Saviç layiq görülüb. Mövsümün ən yaxşı gənc oyunçusu isə "Roma"nın 19 yaşlı yarımmüdafiəçisi Nikola Zanolo olub.
Qaliblər "Opta Sports" və "Netco Sports" şirkətlərinin məlumatlarına əsasən müəyyənləşib. Mükafatlar həmin futbolçuların komandalarının ev oyunları zamanı təqdim olunacaq.
Qeyd edək ki, A Seriyasında mövsümün ən dəyərli futbolçusu isə ötən yay "Real"dan "Yuventus"a transfer olunan Kriştianu Ronaldo seçilib.