Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''dan daha bir rekord

''Liverpul''dan daha bir rekord

Tarix: 30 Yanvar 2020 18:02

“Liverpul” klub tarixinin rekordunu müəyyənləşdirib.

Qol.az xəbər verir ki, İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış oyunda “Vest Hem”i 2:0 hesabı ilə məğlub edən “qırmızılar” bu mövsümdə Premyer Liqadakı bütün komandalara qalib gəlib.
 
Mersisayd klubu tarixində ilk dəfə bir mövsümdə çempionatdakı bütün rəqiblərini məğlub etməyi bacarıb.

Qeyd edək ki, Premyer Liqada 24 turdan sonra 23 qələbə ilə 70 xal toplayan “Liverpul” turnir cədvəlinin lideridir və ən yaxın izləyicisi “Mançester Siti”ni 19 xal qabaqlayır.

 


Etiketlər:  Liverpuldan daha rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ