Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artırılmış gerçəklik texnologiyası kontakt linzalara da tətbiq ediləcək

Artırılmış gerçəklik texnologiyası kontakt linzalara da tətbiq ediləcək

Tarix: 30 Yanvar 2020 22:16

Virtuallıqla reallığı bir araya gətirən artırılmış gerçəklik texnologiyası daha çox gözlük və başlıq halında qarşımıza çıxır. Mojo Vision şirkəti tərəfindən bu sahədə daha bir addım atılaraq sözügedən texnologiyaya sahib kontakt linzaların təqdim edilməsi planlaşdırılır.

Milli.Az ted.az-a istinadən bildirir ki, ciddi maraq doğuran artırılmış gerçəklik texnologiyasına Microsoft və Apple kimi nəhəng şirkətlər tərəfindən böyük yatırımlar edilir.

Hələlik istehsal prosesində olan kontakt linzanın bu sahədə ciddi irəliləyişə səbəb olacağı gözlənilir. Sözügedən linzada indiyə qədər istehsal olunmuş ən kiçik və ən yüksək pikselə sahib ekrandan istifadə edilir. Dünyanın ən yaxşı görüntü sensoru ilə təchiz edilən model hərəkət sensoruna da sahibdir. Bu sensorun göz hərəkətlərini təqib edərək MicroLED ekranı sabitlədiyi qeyd edilir.

Mövcud prototipin gücünü kabelsiz şəkildə xarici qaynaqdan aldığı, son versiyada isə incə lent şəklində batareya istifadə ediləcəyi vurğulanıb.

Birbaşa məhsula intqrasiya edilən batareyanın ömrünün bir gün olacağı da açıqlanan detallar arasındadır. İstifadəçilərin gözləri önünə naviqasiya, yaxud mətn mesajı kimi məlumatları gətirə biləcək Mojo Lens bunu Wi-Fi bağlantısı ilə edəcək.

Məhsulun bazara çıxacağı vaxt bilinməsə də kütləvi istehsala hazır olması üçün hələ bir neçə il lazımdır.

Milli.Az


Etiketlər:  Artırılmış gerçəklik texnologiyası kontakt linzalara tətbiq ediləcək


RƏYLƏR