Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dropbox telefonda necə istifadə olunur

Dropbox telefonda necə istifadə olunur

Tarix: 30 Yanvar 2020 22:20

Gün ərzində hər birimiz onlarca fayllarla işləyirik. Bu fayllar arasında daim bir xaos yaranır və onları bir yerdən digərinə göndərmək, həmçinin güvənli şəkildə saxlamaq ehtiyacı yaranır. USB yaddaş kartı, hard disk kimi saxlama cihazları faydalı olsa da, onlar həmişə yanımızda olmur. Dropbox kimi bulud server xidmətlərindən istifadə edərək bu kimi problemləri həll edə bilərsiniz.

Milli.Az ted.az-a istinadən bildirir ki, bütün fayllarınızı internetdə yalnız sizin üçün yaradılan bir serverdə saxlamaq ən etibarlı saxlama üsullarından biridir. Dropbox  Google Drive və iCloud Drive kimi əməliyyat sistemləri ilə əməkdaşlıq edən bulud xidmətlərindən istifadə etmək istəməyənlər üçün fərqli alternativ təklif edir. Kompüter, veb və mobil versiyaları olan bütün cihazlarda Dropboxu ümumi bir sinxronizasiya içində istifadə edə bilərsiniz.

Dropbox telefonda necə istifadə edilir? (Android - iOS)

-Dropbox veb saytını açın.

-Burada sizdən tələb olunan məlumatları düzgün şəkildə paylaşın.

-Məlumatınızı daxil etdikdən sonra "Hesab yarat" düyməsini sıxın.

-Hesabınız qısa müddət ərzində yaradılacaq.

-Dropbox istifadə etməyə başlaya bilərsiniz.

Ödənişli versiyalar

Dropbox bulud xidmətini pulsuz istifadə etdikdə sizə 2 GB bulud serveri xidməti veriləcək. Başlamaq üçün kifayət qədər yer olsa da, bütün sənədlərinizin ehtiyat nüsxəsini çıxarmaq istədikdə, bu sahə sizin üçün kifayət etməyəcək. Bunun üçün ödənişli versiyalardan istifadə edərək bulud server imkanlarınızı genişləndirmək istəyə bilərsiniz.

Dropbox ayda 9.99 dollar və 16.58 dollar olmaqla iki fərqli ödənişli versiyanı təklif edir. 9.99 dollar paketdə 1 TB, 16.58 dollar olan paketdə isə 2 TB bulud depolama xidmətindən istifadə edə bilərsiniz. 2 TB bulud saxlama versiyasını üstün tutsanız, Dropbox sizə Smart Sync -yəni ağıllı sinxronizasiya xidmətini də təklif edəcək.

Dropbox smartfon sinxronlaşdırılması:

Dropboxun pulsuz versiyasında sənədlərin bir nüsxəsi sabit diskdə saxlandığı üçün yer tuturdu. 16.58 dollara təklif olunan professional versiyada  təklif olunan Smart Sync ağıllı sinxronizasiya xidməti sabit diskinizdəki yükü qaldırır. Kompüter versiyasını yüklədikdə və kompüterinizə quraşdırdıqda bulud serverində saxladığınız sənədləri sabit diskdən silə və onlardan asanlıqla istifadə edə bilərsiniz.

Kompüter versiyasında avtomatik nüsxə yaratma seçimi olmadığı üçün "yüklənmiş" xüsusiyyətini istifadə edərək, əllə nüsxəsini yaratdığınız sənədlərə baxa və düzəldə bilərsiniz. Dəyişikliklər avtomatik olaraq bulud serverindəki faylı yeniləyəcəkdir.

Dropbox ilə fayl paylaşımı:

-Dropbox veb versiyasını açın.

-Hesab məlumatlarınızla daxil olun.

-"Fayllar" bölməsini açın.

-Sağdakı seçimlərdən "Faylları tələb et" bölməsini açın.

-Qovluq adlandırma ekranını görəcəksiniz.

-Qovluğa istədiyiniz adı verə bilərsiniz.

-"Sonrakı" düyməsini vurun.

-Dropbox sizə bir keçid link verəcək.

-Bu linki qovluğunuza fayl əlavə etmək istədiyiniz insanlara göndərin.

-Dropbox veb versiyası vasitəsilə qovluğunuza əlavə edilmiş faylları görə bilərsiniz.

Dropbox bulud saxlama xidməti ödənişli və pulsuz versiyaları ilə komputer, veb və mobil versiyaları ilə istifadəçilərinə bir çox fərqli xidmətlər təqdim edir. Dropbox xidmətlərindən faydalanmaq üçün veb saytına girib pulsuz bir hesab yarada və hər shansı bir cihazda sinxron istifadə edə bilərsiniz.

Milli.Az


Etiketlər:  Dropbox telefonda necə istifadə olunur


RƏYLƏR