Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 22:52
Keçən ilin iyul ayında investiya alan Bird startapı bazar dəyərini 2.5 milyard dollara qədər artırmışdı. Elektron skuter bazarı böyüyür və Bird bazara yeni girməyə hazırlaşan Circ startapını almaq niyyətindədir.
Böyüməsini davam etdirmək üçün sərmayə almaqda çətinlik çəkən Almaniya mərkəzli Circ bir müddətdir alıcılar axtarışındadır.
Sövdələşmənin detalları hələ dəqiqləşməsə də Birdün Avropa əməliyyatlarını Circ ilə birləşdirməsi gözlənilir. Satınalma rəqəminin 1 milyard dollardan yuxarı qiymətləndirməyəcəyi deyilir.
Buna görə Circün tezliklə unicorn statusuna çatması mümkün olmaya bilər. Hazırda danışıqlar mərhələsində olan cütlüyün razılığa gəlməməsi də mümkündür. Qeyd edək ki, Bird və Circ mövzu ilə bağlı açıqlama vermək istəmir.