Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: İngilis dilində tədrisin təkmilləşməsi əsas məqsədlərimizdəndir

Səfir: İngilis dilində tədrisin təkmilləşməsi əsas məqsədlərimizdəndir

Tarix: 31 Yanvar 2020 11:24

Bakı.Ilhamə Isabalayeva -Trend:
Azərbaycanda ingilis dilində tədrisin təkmilləşməsi əsas məqsədlərimizdən biridir.
Trend-in məlumatına görə, bunu ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimində deyib.
Onun sözlərinə görə, səfirliyin mühüm prioriteti Azərbaycan və ABŞ təhsil müəssisələrinin birgə işləməsi üçün yollar tapmaq və xalqlar arasındakı təmasları artırmaqdır:"Bu baxımdan ikili proqram üzrə sazişin imzalanması bunun təzahürü dür. Biz inanırıq ki , ingilis dilində ünsiyyət bacarığı gercək qlobal vətəndaş olmağın yollarından və açarlarından biridir. Buna görə də biz ingilis dilində tədrisin təkmilləşməsini bu ölkədə əsas məqsədlərimizdən biri hesab edirik".
Ö. Litzenberqer bildirib ki, ADPU bu məqsədə çatmaq üçün ən layiqli tərəfdaşlardan biridir:"Əminik ki, ingilis dili mütəxəssislərimiz bu prosesə öz köməyini göstərə biləcək. Proqram çərçivəsində magistr hazırlığının aparılması da hamımız üçün mühüm hadisədir. Ölkələrimizin ən nüfuzlu universitetlərinin bu şəkildə öz güclərini birləşdirməsini hpmrık həqiqətən də həyəcanvericidir. İnsanlar daim Azərbaycanın təbii resurslarla, xüsusilə də neft və qazla zəngin olmasını dilə gətirirlər. Bu tədbir Azərbaycanın ən önəmli resursuna - insan resursuna sərmayənin qoyulmasının ən bariz nümunəsidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səfir İngilis dilində tədrisin təkmilləşməsi əsas məqsədlərimizdəndir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ