Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 17:20
Azərbaycan Premyer Liqasının III dövrəsinə fevralın 1-də start verəcək “Zirə” mövsümün ikinci yarısına “Sabah”la qarşılaşma ilə başlayacaq.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, iki komanda arasında 7-ci matç olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblərin duelləri “qartallar” üçün uğurlu başlamayıb. İlk üç qarşılaşmada komanda debütanta uduzub. Mövsümün son matçında böyük hesabla qalib gələn “Zirə” uduzmamaq ənənəsini cari çempionatda davam etdirib. İlk yarıdakı hər iki qarşılaşma qollu heç-heçələrlə başa çatıb. Son üç dueldən xalsız ayrılmayan “Zirə” bu görüşlərdə meydanı qolsuz tərk etməyib.
Ümumiyyətlə, 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan komandamız 7 qol vurub, 9-nu buraxıb. Evdəki 3 oyunda 1 heç-heçəsi olan “qartallar” 2 dəfə uduzub. Top fərqi qonaqların xeyrinədir – 1:5.
Hərəyə 3 qol vuran rəqib oyunçuları Marko Deviçlə Amadu Diallodur. “Zirə”nin heyətində əvvəlki görüşlərin ən yaxşı bombardirləri hərəyə iki qollar Nicat Süleymanovla Xulio Sezar Rodrigezdi.
Qeyd edək ki, fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 15:00-da başlayacaq.