Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal elektrik enerjisi istehsalının 25%-ni günəş enerjisi təmin edə bilər

Qlobal elektrik enerjisi istehsalının 25%-ni günəş enerjisi təmin edə bilər

Tarix: 2 Fevral 2020 20:08

"2050-ci ilə qədər qlobal elektrik enerjisi istehsalının 25%-ni günəş enerjisi təmin edə bilər".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) dərc etdiyi yeni araşdırmaya görə qlobal günəş enerjisi gücü 2050 ilə qədər hər il 9% artacaq: ""Future of Solar Photovoltaic - Günəş PV-nin gələcəyi" adlı hesabata əsasən, 2018-ci ildə 480 QVt olan qlobal günəş enerjisi gücünün 2050-ci ilə qədər 8000 QVt-a qədər artacağı proqnozlaşdırılır. 2050-ci ilə qədər dünyada yeni bazarlar formalaşdıqca qlobal elektrik enerjisi tələbinin dörddə biri günəş enerjisi ilə təmin ediləcək. Xüsusilə Latın Amerikası və Karib dənizi bazarının 2050-ci ilə qədər 40 dəfədən çox artacağı gözlənilir. Araşdırmalara görə, günəş enerjisi paylanmasını sürətləndirmək enerji qaynaqlı karbon tullantılarını 2050-ci ildə 21% azalda bilər".

Energetika Nazirliyinin açıqlamasında bildirilib ki, 2050-ci ilə qədər Asiya qlobal quraşdırılmış günəş enerjisi gücünün 50%-dən çoxuna, Şimali Amerika 20%-nə, Avropa isə 10%-nə sahib olacaq.

Proqnozlara nail olmaq üçün günəş enerjisinə illik investisiya qoyuluşları 2018-ci ildəki 114 milyard dollardan 2050-ci ildə 192 milyard dollara qədər artırılmalıdır. Günəş PV üçün qlobal səviyyələndirilmiş elektrik enerjisinin dəyəri (LCOE) 2018-ci ildə bir kVtsaat üçün orta hesabla 8,5 sentdən 2030-cu ilə qədər hər kVtsaat üçün 2-8 sent, 2050-ci ilə qədər isə hər kVtsaat üçün 1,4-5 sent arasında dəyişəcək.

Günəş enerjisi bazarı sənayedəki yeniliklər sayəsində sürətlə inkişaf edən bir sənaye olmağa davam edəcək. Qlobal günəş enerjisi sənayesi məşğulluq qabiliyyətini 4 qat artıraraq 4,4 milyon nəfərdən 18 milyon nəfərə çatdırmaq potensialına malikdir.

Son 10 ildə dünya üzrə şəbəkəyə qoşulmadan istifadə edilən günəş PV quraşdırılmış gücü 10 dəfədən çox artıb, 2008-ci ildə təxminən 0,25 QVt olan güc 2018-ci ildə 3 QVt -a çatıb.


Etiketlər:  Qlobal elektrik enerjisi istehsalının günəş enerjisi təmin edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ