Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqının yüksək səlahiyyətli rəsmisi Tehrana gedir

Avropa İttifaqının yüksək səlahiyyətli rəsmisi Tehrana gedir

Tarix: 2 Fevral 2020 21:14

Avropa İttifaqının yüksək səlahiyyətli rəsmisi fevralın 3-də Tehrana səfər edəcək. Bunu İranın Xarici İşlər Nazirliyi bildirib.

Xarici siyasət şöbəsinin rəhbəri Cosep Borrel İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşməlidir. Borellin səfəri 2015-ci il nüvə sazişinin qorunması sahəsində atılan sonuncu addımdır.

Sazişi imzalayan Britaniya, Fransa, Almaniya, Çin və Rusiya razılığı aktiv saxlamağa söz verib.

Tehran tədricən razılığın şərtlərindən uzaqlaşır.

İran generalı Qasım Sülüymaninin yanvar ayında öldürülməsindən sonra İran uran zənginləşdirilməsi proqramında istifadə edilən sentrifuqaların sayını artırıb.

Borrel yanvar ayında Hindistanda keçirilən konfrans çərçivəsində Zəriflə görüş keçirmişdi.

Daha əvvəl Brüsseldə fövqəladə danışıqlardan sonra müxbirlərlə danışan Borrell deyib ki, ittifaq İranın nüvə razılığını qoruyub-saxlamaq niyyətindədir. Onlar Donald Trampın Avropanın razılıqladan geri çəkilmək çağırışlarını rədd edib. O, İranı razılığa yenidən əməl etməyə çağırıb.

Borrell Zərifə bildirmişdi ki, nüvə sazişi hazırda heç vaxt olmadığı qədər mühümdür. O bunu regionda artan gərginliklərlə izah etmişdi.


Etiketlər:  Avropa İttifaqının yüksək səlahiyyətli rəsmisi Tehrana gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ